BİZNES

01 phrase_var_core.september

Dell ikinci rübdə rekord gəlir və mənfəət açıqladı

Finss.az xəbər verir ki, Dell Technologies 2025-ci maliyyə ilinin ikinci rübündə güclü nəticələr göstərib. Şirkətin xalis gəliri illik müqayisədə 32% artaraq 1,16 milyard dollara, gəliri isə 19% artaraq 29,78 milyard dollara yüksəlib. Bu, Dell üçün rekord göstəricidir.

Səhm üzrə mənfəət 1,7 dollar təşkil edib (ötən il 1,23 dollar). Birdəfəlik maddələr xaric edildikdə qazanc 2,32 dollar olub ki, bu da analitiklərin proqnozunu (2,31 dollar) üstələyib.

Şirkət süni intellekt həllərinə artan tələbatı əsas faktor kimi göstərərək, illik gəlir və mənfəət proqnozlarını da yüksəldib.